Allahşükür Paşazadə: “İslama qarşı olan qüvvələrə qoşulan gənclərimiz var, onlar düzgün yolda deyillər”
- 24.10.2015, 13:53,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bəzi xarici qüvvələr, dövlətlər islamdan istifadə edərək islama qarşı mübarizə aparırlar. O qüvvələr qalib gəlməyəcəklər. İslama qarşı olan qüvvələrə qoşulan gənclərimiz var, onlar düzgün yolda deyillər”.
APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
Şeyxülislam bildirib ki, Azərbaycan torpaqlarının işğal atında olduğu bir vaxtda başqa dövlətlərdə döyüşmək, müsəlmanların başını kəsmək çox yanlışdır: “Vətənini sevməyənin imanı da yoxdur, belələri cəzalarını çəkəcəklər. Xalqımız bir olsa, heç vaxt ölkədə hər hansı arzuedilməz hadisə, qarışıqlıq baş verməz. Xalqımız arasında birlik var və biz dövlətimizin apxasındayıq”.
A. Paşazadə qeyd edib ki, zəncirlə qan çıxarmaqdansa, ehtiyacı olanlara qan vermək daha savabdır.