Sevgililərin transformatorda yanmasının – ŞOK DETALLARI

Bakıda transformatorda yanan iki gənc barəsində yeni məlumatlar əldə etmişik.

Axar.az-a daxil olan xəbərə görə, paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində qeydə alınan hadisə əslində, intihara cəhd imiş. Mənbənin sözlərinə görə, 20 yaşlı Fəqan Fərzəliyevə sevdiyi qız Pərvanəni (ad şərtidir) vermək istəməyiblər. Hətta qızın ailəsində uzun müddət bu məsələnin mübahisəsi gedib. Pərvanənin ailəsi Fəqangillə qohum olmaq istəməyib. Hazırda oğlanın xəstəxanada ağır bəladan əziyyət çəkən anası övladının başına gələn faciədən bixəbərdir. Fəqanın atası isə illər əvvəl dünyasını dəyişib.

Məlumatda deyilir ki, Pərvanə ilə ailə quracağına ümidini itirən Fəqan onu görüşə dəvət edib. Fəqanın intihar etmək planından xəbərsiz olan qız təyin olunan görüş yerinə gəlib. Amma burada Fəqan sevgilisini transformatorun kabininə girməyə çağırıb. İçəri girər-girməz onu elektrik cərəyanı vurub, Pərvanə isə Fəqanı bayıra çıxarmaq istəyərkən özü də eyni duruma düşüb. Fəqan intihara cəhd etməklə Pərvanənin ailəsinin gözünü qorxutmaq fikrində olub. O, sevdiyi qızdan başqası ilə ailə qurmayacağını bildirib. Xəbərdə deyilir ki, hadisədə ağır yaralanan və 1 qolu amputasiya edilən Fəqanın vəziyyəti normaldır. O, ayılanda həkimlərə deyib ki, iynə vurub öldürsünlər, belə yaşamaq istəmir.

Gənc qızınsa səhhətinin kafi olduğu bildirilir. Onun üz nahiyəsinin yandığı söylənsə də, sadəcə, əlində yanıq və cızıq izləri var.

Qeyd edək ki, Fəqanın qonşusu Rauf Məmmədli hadisə haqda bunları yazmışdı:

"Bu hadisə ilə bağlı detallı bir jurnalist araşdırması yoxdur. Hadisə barədə məlumat yayan saytların mütləq əksəriyyəti xəbərə transformator şəkli qoyaraq, öz ağıllarının məhsulu ilə bu mövzuda yazı yazıblar.

Bu hadisənin intihara cəhd olub-olmaması müzakirə olunmur. Bəlkə gənclər hansısa problemdən dolayı ölümü çıxış yolu kimi görüblər və belə addım atıblar?!"


milli.az
Şərhlər
Sosial bölməsinin xəbərləri