Müğənni Günay İbrahimli ünvanına deyilən "Utanmırsan, kiminsə sevgilisini əlindən alırsan" iddialarına cavab verib.
Sənətçi "Onlar"a açıqlamasında onu gözdən salmağa çalışdıqlarını iddia edib:
"Bu sözü mənə İnstagram-da yazmışdılar. Heç o şərhi pozub-pozmadığımdan xəbərim yoxdur. Elə mesajlara əhəmiyyət vermirəm. Məqsəd məni gözdən salmaqdır. Məni tanıyanlar bilir ki, necə insanam. Özünə hörmət edən qız belə addım atmaz. Heç kimin sevgilisini əlindən almamışam. Həyatda oğlan yoxdur? Belə prinsiplə yaşayan deyiləm. Bu mövzuda heç dostlarımla danışmıram. Başımı aşağı salıb, işimi görürəm. İrəlidə olan insanları həmişə belə etməyə çalışırlar. Şəxsi həyatdan danışmaq istəmirəm, özəl qalsın. Vaxtı gələndə hamı hər şeyi çılpaqlığı ilə biləcək".
G.İbrahimli peşmançılığını da etiraf edib: "Günahsız insan yoxdur. İnsan səhvindən dərs götürməlidir. Etdiyim bir hərəkət var ki, illərdir peşmançılığını çəkirəm. Əsas odur ki, bu gün alnım açıqdır: adam öldürməmişəm, baş kəsməmişəm".