ABŞ prezidenti noyabrda Türkiyəyə gəlir

ABŞ prezidenti Barak Obama noyabrın 14-22-də Türkiyə, Filippin və Malayziyaya səfər edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

B.Obama Antalyada “Böyük İyirmilik” (G20), Filippində isə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak edəcək. Sonra isə dövlət başçısı ABŞ- Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası və Şərqi Asiya ölkələrinin sammitinə qatılacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri