Ceyms Uorlik: “Atəşkəsin pozulması bizi daldalanmağa məcbur etdi”
- 28.10.2015, 11:59,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“ATƏT-in təmas xəttində monitorinqi zamanı atəşkəsin pozulması yolverilməzdir”.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik “twitter” səhifəsində yazıb.
"Biz təmas xəttini keçərkən atəşkəs pozuntusunun davam etməsi ATƏT müşahidəçilərini daldalanmağa məcbur edib. Bu qəbuledilməzidir", - deyə həmsədr bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi həmsədrlərin Tərtər rayonu ərazisində monitorinq zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açıldığı barədə məlumat yayıb.
Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.