Azərbaycanda sərnişin qatarında partlayıcı maddə tapılıb

Azərbaycanda sərnişin qatarında partlayıcı maddə tapılıb Bakıda sərnişin qatarında partlayıcı maddə tapılıb.


Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Qazax xətti ilə hərəkət edən sərnişin qatarı Keşlə Dəmir Yolu stansiyasında saxlanılıb.



Qatara baxış keçirilərkən 10-cu vaqonunun 13-cü kupesində olan sərnişin, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Sakit Əsgərova məxsus bağlamanın içərisindən 200 qram barıt, 1 kiloqram karteç güllələr aşkar edilərək götürülüb. S. Əsgərov saxlanılıb.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri