Azərbaycanda uşaqlara “İngilis”, “Frunze”, “Nyuton” və “Qaliley” adlarının qoyulmasının qarşısı alınıb
- 29.10.2015, 21:18,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Son 1 ayda “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan, gülüş doğuran adlarla bağlı bizə 20-ə yaxın müraciət daxil olub”.
Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” adları qoymaq istədikləri məlum olub: “Tərəfimizdən bu adlara qəti qadağa qoyuldu.”
S. Sadıqova əlavə edib ki, son vaxtlar dilimizə yad olan, əsasən alınma olan 200-ə yaxın ad ləğv olunub.
Sədr müavini qeyd edib ki, adlarla bağlı ayrıca lüğətin hazırlanmasına ehtiyac var: “Adlar lüğətinin olması çox yaxşı olardı, qeydiyyat şöbələrinin də işi asanlaşardı”.