“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]

“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə] Roman Qriqorçukla birlikdə “Qəbələ”yə gələn daha bir ukraynalı Aleksey Antonovdur. “Dnepr” və “Çernomorets” kimi klublarda oynamış futbolçu özünü hələ tam göstərə bilmir. Alekseyin Azərbaycana gəlməsində isə ən böyük rolu televiziya aparıcısı və fizioterapist olan həyat yoldaşı Neonila Antonova oynayıb. Buna görə də onunla söhbətləşmək qərarına gəldik.

“Qafqazinfo”ya müsahibəsində o, maraqlı açıqlamaları ilə diqqət çəkdi.

- Aleksey Azərbaycandan təklif alarkən sizdən fikrinizi soruşdu, yoxsa Roman Qriqorçuk burdadır deyə gəlməyə birbaşa qərar verdi?
- O, Qazaxıstanda idi, mən isə Ukraynada. Zəng elədim və dedim ki, sənin üçün bir şans yaranıb. Azərbaycana, “Qəbələ” klubuna gedə bilərsən. Roman Qriqorçuk bu komandanın baş məşqçisidir və sənin üçün hər şey yaxşı olar. Görüşüb danışdılar və ortaq məxrəcə gəldilər. 29 yaşlı futbolçu üçün rahat olduğu yerdə oynamaq əladır. O da “Qəbələ”ni ideal variant seçdi və getdi.

- Bilirsiz, adətən Azərbaycan kimi ölkələrə gələn futbolçular özləri üçün yaxşı şərait axtarırlar. Onlar öncə ailəsinin rahatlığını düşünürlər…
- Mənim üçün bunun fərqi yoxdur. Futbol özü bir işdir və futbolçu da ailəsi üçün gəliri ordan qazanır. Buna görə də fərqi yoxdur ki, o harda yaşayır. Belə danışan futbolçuları anlamıram. Nə üçün işin yaxşıdırsa, ölkəyə görə seçim etməlisən? Belə şeylərə mənim düşüncəmdə yer yoxdur. Şaxtada işləyənlər bəs nə etsinlər? Aylarla evə gəlmirlər və təhlükədə işləyirlər.

- Həyat yoldaşınız “Qəbələ”də çıxış etdiyi müddətcə tez-tez tənqid hədəfinə çevrilir. Hətta bir müddət jurnalistlərlə mübahisəsi də düşmüşdü. Bundan sizə bəhs etmişdi?
- O, çox nadir hallarda hər hansı narahatlığını dilə gətirər. Öz problemlərini daxilində düşünən insandır. Atamla danışır və ondan məsləhətlər alır. Ancaq mən Antonova edilən etirazları başa düşmədim. Onun ən böyük azarkeşi mənəm. Aleksey nə etsə, 5 ballıq şkala ilə elə ən yüksək qiyməti ona verərəm.

- Antnov işi barədə sizə nələr danışır, nələri yox?
- Onun ailədə də, həyatda da öz funksiyası var, mənim ayrı funksiyam. Biz işi evdə müzakirə etmirik. Nə onun, nə də mənim işimdən danışmırıq.

- Siz də həmkarımız sayılırsız və Ukraynada 2 televiziya layihəsinin aparıcısınız. Qriqorçuk “Qəbələ” üçün böyük işlər görüb. Ölkənizdə ondan nələr danışılır?
- Roman Qriqorçuk ukraynalı azarkeşlərin sevimlisidir. Onunla şəxsi tanışlığım yoxdur. Amma Aleksey onun insani keyfiyyətləri haqqında mənə çox danışıb. Buna görə də necə biri olduğunu bilirəm.

- Sizin həmyerliniz və Antonovun komanda yoldaşı Aleksey Qay müsahibəsində bildirdi ki, ailəm yanımda olduğu üçün çətinliklə üzləşmirəm. Amma siz həyat yoldaşınızdan uzaqdasınız. Bu onun karyerasına təsir edir?
- Ona ən çətin olan oğlundan ayrı yaşamasıdır. Aleksey üçün oğlu Oleq enerji mənbəyidir və ondan güc alır. Əgər oğlu onun yanındadırsa, deməli ona istənilən matça psixoloji hazır olmaq asandır. Həm mən televiziyada işlədiyim üçün, həm də Oleq məktəbə getdiyi üçün Azərbaycanda yaşaya bilmirik. Təbii ki, bu çətindir.

- Ölkəmizə neçə dəfə səfəriniz olub və sizing diqqətinizi cəlb edən nə var?
- Yerli kolorit və qonaqpərvərlik diqqətimi çəkdi.

- Ukraynada işləməsəydiniz, Qəbələdə yaşamaq asan olardı?
- Mən Azərbaycanı yaşamaq üçün və inkişaf üçün çox gözəl ölkə sayıram. Önəmli deyil ki. ətrafın nədən ibarətdir. Əsas odur ki, sənə rahat və maraqlıdır. Ailən də yanında olsun.

- Aleksey burda uzun müddət qalmağı düşünür, yoxsa müqaviləsinin sonuna qədər?
- Bu suala ancaq zaman cavab verəcək.

- Həyat yoldaşınız yəqin ki, sirlərini sizinlə bölüşür. Avropa Liqası haqqında nə danışır? Qrupdan çıxmaq üçün şansımız var deyir, yoxsa yox?
- Bu mövzuda öz fikirlərini heç vaxt bölüşməyib. Əgər sizə mənim fikrim maraqlıdırsa, deyə bilərəm.

- Noyabrın 5-də “Borussiya” ilə səfərdə çətin oyun var. Alekseyi oyuna necə kökləyəcəksiz?
- Oğlumdan xahiş edəcəm ki, atası üçün rəsm çəksin. Bu ona mükəmməl motivasiya olacaq.

- Futbol sizin üçün Antonova olan sevginiz qədər maraqlıdır, yoxsa daha çox?
- Mən incəsənət adamıyam. Futbolu daha çox hiss edirəm, nəinki başa düşürəm. Futbol riyaziyyatdır və ağıl hər şeydən üstün olmalıdır. Əgər Aleksey olmasaydı, bu idman növünə marağım da olmazdı. Ancaq Aleksey futbolu həddindən çox sevir. İncimədən deyə bilərəm ki, biz Aleksey üçün ikinci dərəcəliyik. Futbol onun üçün birinci yerdədir. O özünü bu idman növündə həm döyüşçü hiss edir, həm də pul qazanır. Onun bu sevgisini də heç vaxt qısqanmıram.

- Uşaqlarınız atasının yolu ilə gedə biləcək?
- Mən oğlumu sevirəm və onun bütün istəklərini qəbul edirəm. Mən ona böyüyəndə bu sualı verəcəm ki, “futbol sənin üçün maraqlıdır”. Əgər istəsə, təbii ki, qəbul edəcəm. Fərqi yoxdur ki, o həyatda kim olacaq. Atasının davamçısı və ya başqa bir sahənin işçisi. Özü istəyən kimi yaşasın. Amma onu istəyərəm ki, oğlum hansı sahəni seçərsə, həmin sahə üçün gözləri yansın. Necə ki, atasının gözləri futbol eşqi ilə yanır.


“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
“Qəbələ”nin gözəl azarkeşi ilə [Müsahibə]
Şərhlər
İdman bölməsinin xəbərləri