Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, axşam buludluğunun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.



Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.


Sabah Azərbaycanın rayonlarında bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 7-si axşam şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.



Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, iyunun 7-dən 8-i gündüzədək güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Şərhlər
Sosial bölməsinin xəbərləri