Rumıniyanın paytaxtında baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb

Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb, 150 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 25-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə zamanı Buxarestin “Colectivу” gecə klubunda 300-dən çox insan olub. Partlayışdan sonra klubda yanğın başlayıb.

İlkin versiyaya görə, insident pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində baş verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri