Tolik Natavanla barışdı
- 31.10.2015, 19:21,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Məşhur prodüser Tolik (Tarix Əliyev) müğənni Natavan Həbibi ilə barışıb.
“Qafqazinfo”nun məlumatına görə, prodüser bu barədə şəxsi "İnstaqram" səhifəsində məlumat verib:
“Bildiyiniz kimi bir neçə gündür mən Azərbaycanda deyiləm. Qərib ölkədə aylardır münasibətimizdə anlaşılmazlıq olan Natavan Həbibi ilə görüşdük, danışdıq və bu söz söhbətə son qoymaq qərarını verdik. Bir etiraf etmək istəyirəm ki, mən onun ailəsində aylardır narahatçılıq yaratmışam. Bizim barışmağımızı kimlərsə nəyəsə yozmasın. Deyim ki, məhkəmənin çıxardığı hökmə görə biz Natavanla barışmayacaqdıq. Ortada üzr istəmək məsələsi var idi. Barışığımız isə səmimi oldu deyə, mən bu açıqlama ilə nəyisə sübut etmirəm. Mənim əsəbdən ürəyim ağrımağa başlayıb. Mən həm özümə, həm də Natavanın anasına bu 2 il ərzində əsəb, stress yaşatdığım üçün çözüm yolunu sülhdə tapdıq. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu barışıq nə Aygün xanıma görədir, nə də başqa bir adama görə. Özümə bundan sonra kimlərinsə davasında adımın hallandırmasına şərait yaratmayacağam. Sadəcə söz – söhbət, dava – dalaş nəyə lazımdır?! İnanıram ki, həm Natavan Həbibini, həm də məni çox istəyənlər bu barışığı normal qəbul edəcəklər. Biz süni barışmadıq. Bunu təkrar yazıram ki, əlavə suallarınız olmasın”.
Qeyd edək ki, müğənni Natavan Həbibi prodüser Tolik, xalq artisti Aygün Kazımova və klipmeyker Zöhrab Ağayevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar məhkəməyə müraciət etmişdi.