Aytac Vidadiqızı məhkəmədə Afaq Aslana qalib gəlib

Aytac Vidadiqızı məhkəmədə həmkarı Afaq Aslana qalib gəlib.



Aytac Vidadiqızının vəkili Tahir Əlirzayev Live.az-a açıqlamasında bildirib ki, Afaq Aslan yerli internet saytlarında onun müvəkkilinin cinsi oriyentasiyası ilə bağlı açıqlama verib. Həmin açıqlama məhkəmədə müzakirə edilib və hakim qərar çıxarıb.


Məhkəmə qətnaməsində göstərilib ki, Afaq Məcidqızı həmkarı Aytac Vidadiqızı ilə bağlı yaydığı yalan məlumatlara görə təkzib verərək üzr istəməlidir.


Bundan başqa, Afaq Aslan vurduğu mənəvi ziyana görə iddiaçıya iki min manat məbləğində təzminat da ödəməlidir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri