Bakıda qadını bıçaqlayan şəxslər tutulub
- 05.11.2015, 10:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda mənzilə basqın edərək qadını bıçaqlayan şəxslər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Aynur Teymurovaya, evində bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutulub.
Faktla bağlı araşdırma aparılır.