Azərbaycan tanker istehsalına hazırlaşır

Azərbaycan tanker istehsalına hazırlaşır Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) inşa etdiyi yeni gəmiqayırma zavodu müxtəlif təyinatlı gəmilər inşa etməklə təkcə Azərbaycanın deyil, regionun digər ölkələrinin də gəmilərə olan tələbatını ödəməyə qadir olacaq.


APA-nın məlumatına görə, bunu ARDNŞ-in Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.



Onun sözlərinə görə, bu gəmilərdən müxtəlif məqsədlər, o cümlədən dənizdəki yataqların işlənməsi zamanı istifadə olunacaq: «Yeni zavodda ilk dəfə olaraq Xəzər dənizi üçün iri tankerlərin inşası da mümkün olacaq».


V.Əliyev bildirib ki, hesablamalara görə, regionda belə gəmiqayırma zavoduna olan tələbat çox yüksəkdir: «Yaxın 20 il üçün təkcə ARDNŞ-in gəmilərə tələbatı 110 gəmi təşkil edir».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri