Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, noyabrın 7-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə düşəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.
Şərhlər
Sosial bölməsinin xəbərləri