Qərb bölgəsində müşahidə edilən güclü külək fəsadlara səbəb olub
- 10.04.2013, 15:31,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün respublikanın qərb bölgəsində müşahidə edilən güclü külək ölümə səbəb olub. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, güclü külək, yağış və ildırım çaxması ilə müşayiət edilib. Şəmkirdə güclü külək nəticəsində aşan ağac hərəkətdə olan avtomobilin üzərinə düşüb.
Nəticədə Ağstafa rayon sakini 51 yaşlı Lətif Mehdiyev ölüb, onun həyat yoldaşı 47 yaşlı Fatmanisə Mehdiyeva isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Maşın deformasiyaya uğradığı üçün cəsədi və yaralını oradan xilasedicilər çıxarıblar.
Qeyri-sabit hava şəraiti Samux rayonunda elektrik təssərrüfatınada ziyan vurub. Fövqəladə Hallar Komissiyasının rəhbəri Tahir Qarayevin ANS PRESS-ə verdiyi məlumata görə, güclü külək nəticəsində Qırmızı Samux, Qarayeri kəndləri, İnstitut qəsəbəsində və rayonun bir neçə küçəsində elektrik dirəkləri aşıb, enerji verilişində fasilə yaranıb. Bu gün günorta saatlarında elektrik verilişi bərpa edilib, təmir işləri davam edir.
Rayon elektrik şəbəkəsindən verilən məlumata görə, axşama qədər elektrik enerjisinin verilişi tam bərpa ediləcək.