Azərbaycanda "Twitter"in populyarlığı artır
- 08.11.2015, 21:29,
- Internet
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-oktyabr aylarında 2,5 dəfə artıb. Bu barədə Trend “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
“Twitter”in Azərbaycan bazarında oktyabrın sonuna olan payı 14,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,5 dəfə çoxdur.
2015-ci ilin ilk 10 ayının yekununa görə, “Facebook”un istifadəçi auditoriyasında 10,2 faizlik azalma qeydə alınıb. Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə olan “Facebook”un noyabrın 1-nə olan ölkədəki bazar payı 78,7 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 15,7 faiz azdır.
2,17 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumblr” (1,94 faiz), “Google+” (0,95 faiz), “Vkontakte” (0,83 faiz) “Reddit” (0,27 faiz) gəlir.