Nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradan küçədə təmir işləri başlanıldı

Nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradan küçədə təmir işləri başlanıldı Bakının Xətai rayonunda hərəkətin intensiv olduğu Xudu Məmmədov küçəsi təmir olunur.


Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.


Mətbuat xidməti rəhbərinin sözlərinə görə, uzun illər müxtəlif mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və təmiri ilə əlaqədar olaraq aparılan qazıntı işləri səbəbindən həmin küçədə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranırdı.


Həmin küçənin Bakı metrosunun Həzi Aslanov stansiyasını Gəncə prospekti ilə birləşdirən, uzunluğu 600 metrə yaxın olan hissəsində təmir işlərinə başlanıb. Yolboyu olan xəndəklər bərpa edilib və hazırda asfalt-beton örtüyünün vurulması işləri gedir:


"Təmir işləri bitdikdən sonra yaxın günlərdə Həzi Aslanov stansiyası - Gəncə Prospekti və əks istiqamətdə nəqliyyat vasitələrinin rahat gediş-gəlişi təmin olunacaq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri