Sığorta şirkətlərinə qarşı irəli sürülən 1442 sığorta tələbi üzrə 1,97 milyon manat sığorta ödənişi həyata keçirilib
- 06.06.2013, 17:15,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2013-cü ilin may ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətlərinə qarşı irəli sürülən 1442 sığorta tələbi üzrə 1,97 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu barədə Trend-ə Bürodan məlumat verilib.
Ödənilmiş sığorta tələblərinin zərərin növü üzrə sayı və həyata keçirilmiş sığorta ödənişlərinin məbləği aşağıdakı kimi olub:
NV-nə dəyən zərər üzrə
|
Əmlaka dəyən zərər üzrə
|
Sağlamlığa dəyən zərər üzrə
|
Şəxsin ölümü üzrə
|
Say
|
Məbləğ
|
Say
|
Məbləğ
|
Say
|
Məbləğ
|
Say
|
Məbləğ
|
1 354
|
1 805 362,99
|
43
|
68 263,38
|
33
|
35 000,00
|
12
|
60 000,00
|
İştirakçı sığorta şirkətlərinə qarşı irəli sürülən 228 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.
May ayı ərzində İcbari Sığorta Bürosu tərəfindən 6 kompensasiya tələbi üzrə 17 500 manat kompensasiya ödənişi həyata keçirilib. Kompensasiya tələblərindən 3-ü isə şəxsin sağlamlığına dəyən zərər, digər 3-ü isə şəxsin ölümü ilə bağlı olaraq ödənilib.
2013-cü ilin may ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 96,4 mindən çox sığorta müqaviləsi bağlanıb ki, bunların da 19,9 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.
Tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrindən 31%-i Türkiyə, 27%-i Gürcüstan, 18%-i Rusiya, 8%-i İran İslam Respublikası, 16%-i isə digər ölkələrdə qeydiyyata alınan nəqliyyat vasitələri olub.
2013-cü ilin may ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 6,9 milyon manatdan çox olub. 2012-ci ilin müvafiq ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 18%, sığorta haqlarının məbləğində isə 22% azalma müşahidə edilib.
Cari ilin may ayında orta sığorta haqqı 71,9 manat təşkil edib. Keçən ilin müvafiq ayında isə bu rəqəm 75,1 manat təşkil edib.