Narın diyarı – Göyçay rayonu

Narın diyarı –  Göyçay rayonu Bu dəfə yolumuz Göyçay rayonuna düşdü. Ekskursiyanın təşkilinə görə biz xarici və ölkədaxili turları təşkil etdiyi Exotic travela öz minnətdarlığmızı bildiririk.

Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir.

"Göyçay" əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Göl gəzintisi bütün ekskursiya iştirakçıların zövgünə oxşadı.

Noyabrın 2-də Göyçayda növbəti - 8-ci Nar bayramı qeyd olunub. Nar bayrami ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir . Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.

Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Amma məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narları" üçün sinonimə çevrilmişlər. Qöyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.

Bayram tədbirində Milli Məclisin deputatları, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici və yerli qonaqlar, eləcə də Azərbaycan, Türkiyə və Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri iştirak ediblər.

Festivalda nara həsr olunmuş şeir və mahnılar səsləndirilib. Qonaqlar nar sərgisində rayonun 32 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nardan hazırlanan məhsulların dadına baxıb, yerli müəssisələrdə istehsal edilən şirələrin keyfiyyəti ilə maraqlanıblar.

Qonaqlara bayram münasibətilə hazırlanan milli xörəklər, şirniyyat və nar şirələri təqdim olunub. Nar festvalında iki ənənəvi yarış keçirilib. Gənclər arasında nar yemə və nar sıxma yarışları maraqla qarşılanıb.



Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu
Narın diyarı –  Göyçay rayonu

Günel Həsənova
Şərhlər
Sosial bölməsinin xəbərləri