Mərkəzi Bank: Strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib
- 12.11.2015, 15:09,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin 9 ayında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.
APA-nin xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.
Sənəddə vurğulanıb ki, 9 ayın sonuna strateji valyuta ehtiyatları 27 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 6 dəfə üstələyib.
Eyni zamanda, strateji ehtiyatlar manatla geniş pul kütləsini 4,5 dəfə üstələyib.