Nyu-Yorkda “Victoria's Secret” nümayişi keçirildi
- 14.11.2015, 00:09,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 10-da Nyu-Yorkda planetin ən gözəl modellərini bir araya toplayan “Victoria's Secret” nümayişi baş tutub.
Nümayişdə "Victoria's Secret" dəfiləsi üçün seçilmiş 48 model iştirak edib. Alt geyimi brendinin nümayişində iştirak sadəcə ideal fiziki formanı nümayiş etmək imkanı vermir. "Victoria's Secret"lə müqavilə modellər qarşısında sərhədsiz karyera perspektivləri açır: "Mələklər"lə "Chanel", "Prada" və "Louis Vuitton" kimi böyük brendlər məmnuniyyətlə əməkdaşlıq edirlər. Qızlar "Vogue"un üz qabığına çəkilir, telekanallara müsahibələr verir və bütün dünyada milyonlarla qızın kumirinə çevrilirlər. Odur ki, bu gözəllik bayramı təkcə xarici görünüş vurğunları üçün deyil, həm də dəb sənayesi peşəkarlarına lazımdır.
Ənənəvi olaraq, şou musiqiçilərin canlı çıxışı ilə müşayiət olundu. Bu il "Victoria's Secret" komandası Elli Qoldinq, "The Weeknd" qrupu və Selene Qomezi seçib.