Röya əsəbləşdi: "Mənim hücumuma hazır olsunlar"
- 14.11.2015, 14:09,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Röya Ayxan verilişlərdən gileylənib.
"Qafqazinfo"nun məlumatına görə, "Star life" verilişinə açıqlamasında müğənni bildirib ki, toy mahnılarının proqramlarda səsləndirilməsindən narahatdır:
"Sənədləşdirilmiş halda mən Türkiyənin müğənnisiyəm. Bakı ilə əlaqəm yoxdu. Mahnının baxış sayından biz heç nə qazanmırıq. "Sənə görə", "Səninəm" mahnılarından nələr qazanardım, toya getməzdim, səhər durub işə gedirəm, evimi, maşınımı "zaloq" qoyuram ki, konsert edim. Mənim işimi görən sponsor yoxdur. Kökündən hər şey düzəlməlidir ki, gələcək müğənnilər qabağa gedə bilsin. Kanallar mənim hücumuma hazır olsun, nə vaxtsa məni tənqid ediblər, indi sözümü deyə bilərəm. Allah hamının bəxtini versin, o məndə bəxt var. Türkiyə xalqınını qəlbini fəth etmək üçün birici sənət adamlarını ələ keçirməlisən, media nümayəndələri ilə dost olmalısan. Verilişlər toyxana açıb, keçən gün bir verilişə çağırılmışam, toy mahnısı ilə studiyaya çağrıldım. Onları öldürürdüm, mən o qədər işlər görəndən sonra məni necə ucuzlaşdıra bilərlər?".