Azərbaycanın birinci xanımı Bakıda bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub

Azərbaycanın birinci xanımı Bakıda bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub İyunun 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarındakı bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Azərbaycanın birinci xanımı əvvəlcə Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış oldu.

Məscidin axundu hacı Həsən Mehriban xanım Əliyevaya "Qurani-Kərim" hədiyyə etdi.

Heydər Əliyev Fondunun prezidenti Binə sakinləri ilə söhbət etdi. Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 74 və 92 nömrəli uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə maraqlandı.

Daha sonra Azərbaycanın birinci xanımı Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 nömrəli uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İmam Rza məscidində və uşaq bağçalarında yaradılmış şəraitdən razılığını bildirdi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri