Mehriban Əliyeva Fransa Prezidenti və xalqına başsağlığı verib

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Prezidenti və xalqına başsağlığı verib.

Fonddan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyeva noyabrın 13-də Parisdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Fransa Respublikasının Prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri