Nazpəri Dostəliyevadan TV rəhbərlərinə - Çağırış

Xalq artisti Nazpəri Dostəliyeva efirlərə buraxılmamasına qarşı etirazını bildirib.

Müğənni sosial şəbəkədə insanlara çağırış edib:

“Məni sevən, sənətimə, mədəniyyətimə dəyər verən hər kəsə səslənirəm! Heydər Əlirza oğlu Əliyevin imzaladığı əməkdar artist, prezident İlham Əliyevin imzaladığı xalq artisti şərəfinə layiq olan bir sənətkarın efirlərə buraxılmaması nə dərəcədə düzgündür?

Mən sənətə gəldiyim gündən Azərbaycanın adını başqa dövlətlərdə yüksəklərə qaldıran bir xanım olmuşam! Heç vaxt adıma, sənətimə, vətənimə, prezidentimə xələl gətirməmişəm. Bununla qürur duyuram. Televiziya rəhbərləri, bunu diqqətlə oxuyun! Belə olmayacaq!”.

Xatırladaq ki, xalq artisti bu yaxınlarda açıqlamasında ANS kanalından başqa, bütün televiziyaların ona qadağa qoyduğunu bildirmişdi.


“Qafqazinfo”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri