Əkizlər Elnur Hüseynova söz atdı - “Hanı o insan?”
- 15.11.2015, 14:07,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sevil və Sevinc Səfərova bacıları “O səs Türkiyə”nin qalibi, həmyerlimiz Elnur Hüseynova meydan oxuyublar.
“Qafqazinfo” xəbər verir ki, əkiz bacılar Muz TV-yə açıqlamalarında özlərini həmkarlarından daha üstün pillədə görüblər:
“O səs Türkiyə”yə bugünə kimi kimlər getməyib ki?! Heç birində bizim kimi ajiotaj olmadı. Orada birinci yerə çıxan da oldu. Bugünkü gündə o insan var? Üstəlik də “Avroviziya”da bizi təmsil etdi. Hanı o insan? Elə Nicatın özü də, “Yeni ulduz”dan çıxdı, “O səs Türkiyə”yə qatıldı. Eyniylə bizim kimi. Xatirə İslamla duetləri sevildi. Amma hanı indi Nicat? Hər biriniz gedib Türkiyədə klip çəkdirirsiniz, niyə sizin heç birinizin klipi Kral TV-də yayınlanmır? Bizim mahnımız yayımlananda deyirlər ki, “Onlar bütün maaşlarını veriblər”. Niyə sizin yox, bizim mahnımızı verdi? Ona görə ağıllı olun”.