İnternetin bərpa olunacağı vaxt açıqlandı


Azərbaycanda yaxın 3 saat ərzində
internet olmayacaq.
Bunu ans press-ə açıqlamasına,
Rabitə və Yüksək texnologiyalar
nazirliyinin mətbuat katibi Müşviq
Əmirov deyib. Onun sözlərinə görə,
internet provayderi "Delta
Telecom"un bir neçə internet
paylayıcı xətti yanıb. "Hazırda hadisə
yerində bərpa işləri gedir və yaxın
2-3 saat ərzində ölkədə internət
bərpa olunacaq", - deyə Müşviq
Əmirov bildirib.
Son 4 saat ərzində ölkədə internetin
olmaması qlobal şəbəkə ilə işləyən
bir çox sahələrdə durğunluq yaradıb.
Əsasən problem mobil operatorlar
və internet provayderlərin işini
çətiləşdirib, bank əməliyyatlarının
bir qismi dəyandırılıb. Bir sır
bankomatlar və post-terminallar
işləmir.


******

Bu gün saat 16 radələrində
Azərbaycanda İnternet rabitəsi
əvvəlcə kəsilib, sonra isə məhdud bir
şəkildə bərpa edilib.
Bu səbəbdən elektron media
kateqoriyasına daxil olan yüzlərlə
saytın onlayn qaydada işi iflic olub:
yeni xəbərlərin sayta yerləşdirilməsi
dayanıb, beynəlxalq media
qurumlarından operativ xəbərlərin
izlənməsi kəsilib. Bundan başqa,
mobil operatorlar fəaliyyəti
zəifləyib, ölkələraarası yazışmalar
aparmaq mümkün olmayıb, yüz
minlərlə insanın internet üzərindən
qurduqları ünsiyyət məhdudlaşıb.
Xəbər verilir ki, banklarda, hava
limanında, iri şirkətlərin
fəaliyyətində problemlər yaranıb,
onlayn satışlar tamamilə dayanıb.
Əldə olunan məlumata görə,
internetin kəsilməsinə səbəb
Azərbaycana internet verən DELTA
Telecom-un datacenter-ində baş
verən yanğındır. Server otağında
olan yanğına görə bu problem
yaranıb. Bu barədə hadisə yerində
olan yanğınsöndürənlər məlumat
verib.
Yanğının baş verməsi barədə yayılan
xəbərlər Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin rəsmiləri
tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, yanan serverlərin
təzələnməsi bir neçə gün çəkəcək.
Ehtimal var ki, bir neçə gün
Azərbaycan ərazisində internet zəif
və çox zəif olacaq.
Hələlik heç bir rəsmi məlumat
yaymayıblar.
Şərhlər
Sosial bölməsinin xəbərləri