Bu il Azərbaycan əhalisi kreditlər üzrə faizlərin ödənilməsinə təxminən 1 mlrd. manat xərcləyib
- 17.11.2015, 16:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7% artaraq 33,5 mlrd. manata çatıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 4,4% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz bəndi üstələyib.
Hesabat dövründə gəlirlərin 76,3%-i son istehlaka, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5%-i faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Başqa sözlə, bu ilin 9 ayında 971,5 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəlib.
Əhalinin sərəncamda qalan gəlirləri 30,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.