“Wall Street Journal”: Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq
- 19.11.2015, 09:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq.
APA-nın məlumatına görə, bu barədə “Wall Street Journal” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Parisdə baş vermiş terror aktlarından sonra Rusiya ilə Qərb arasında qarşılıqlı əlaqələrin güclənməsinə baxmayaraq, Avropa liderləri 2016-cı ilin yanvarında Moskvaya qarşı sanksiyaların müddətinin uzadılacağını istisna etmirlər.
“Rusiya prezidenti V.Putinin mövqeyinin möhkəmlənməsi Ukrayna hökumətini narahat edib. Avropa İttifaqı buna biganə yanaşa bilməz. Hətta İŞİD-ə qarşı ümumi mübarizə iqtisadi sanksiyaların aradan qaldırılmasını mümkün etmir”, yazıda qeyd olunur.
Xatırladaq ki, 2014-cü ilin yayından Avropa İttifaqı Rusiya qarşı sektoral iqtisadi sanksiyalar tətbiq edib. İqtisadi sanksiyalar paketi əsasən bank sistemi, müdafiə sənayesi və energetika sahələrini əhatə edir.