“Qalatasaray”-ın baş məşqçisi istefaya göndərilib

Türkiyənin “Qalatasaray” futbol klubu baş məşqçi Həmzə Həmzəoğlu ilə yollarını ayırdığını açıqlayıb.

APA-nın məlumatına görə, klubun rəsmi internet səhifəsində belə deyilir.

"Qalatasaray” futbol klubunun baş məşqçisi Həmzə Həmzəoğlunun müqaviləsinə əldə olunan qarşılıqlı razılaşma çərçivəsində xitam verilib. Məşqçimizə bu günə qədər klubumuza verdiyi xidmətlər üçün təşəkkür edir, ona bundan sonrakı karyerasında uğurlar diləyirik", məlumatda qeyd edilir.
Şərhlər
İdman bölməsinin xəbərləri