Nazpəri Dostəliyeva yeni musiqi layihəsi ilə əlaqədar Azərbaycanı tərk edəcək

“Məhkəmə mənə əsassız olaraq 25 min manat cərimə kəsdi. Mənə deyirdilər ki, Avropa Məhkəməsinə müraciət edim. Amma mən Azərbaycan övladı kimi dövlətimdən Avropa Məhkəməsinə şikayət etmək istəmədim”.

APA-nın məlumatına görə, bunu xalq artisti Nazpəri Dostəliyeva bu gün keçirdiyi mətbuat konfransında deyib.

N. Dostəliyeva bildirib ki, onun telekanalların efirinə çıxmasına qeyri-rəsmi qadağa qoyulub: “Ola bilər ki, mən pafoslu çıxışlar etməmişəm, amma öz prezidentimi, onun ailəsini, vətənimi heç kimdən əskik sevmirəm. Əksinə, mənim sevgim daha böyükdür. Heç bir televiziya kanalının qapısını döyməmişəm, döymərəm də... Mənə yalnız iki kanal qapı açıb: ANS və Region TV. Mənim efirə çıxmağımla bağlı heç bir rəsmi qadağa yoxdur, amma bəziləri mənim televiziyalara çıxmağıma mane olurlar. Kanalların rəhbərlərinə deyəndə, cavab verirlər ki, heç bir qadağa yoxdur".

Xalq artisti onu da əlavə edib ki, yeni musiqi layihəsi ilə əlaqədar Azərbaycanı müvəqqəti tərk edəcək: “Xahiş edirəm, bunu başqa cür başa düşməyin. Düşünməyin ki, inciyib, küsüb gedirəm, qətiyyən. Bu, yalnız musiqi, yaradıcılıq layihəsidir”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri