Bakıda "nurçu"lara qarşı keçirilən əməliyyat zamanı saxlanılanlardan 4-ü azyaşlıdır
- 20.11.2015, 20:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 19-da axşam saatlarında Bakının Yasamal rayonu ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının “nurçu” dəstəsinə qarşı keçirdiyi əməliyyatla bağlı yeni faktlar məlum olub.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, əməliyyat zamanı saxlanılan dəstə üzvləri azyaşlılar olub. Məlumata görə, saxlanılan şəxslərdən 4-ü azyaşlı "tələbə", 1 nəfər isə 19 yaşlı "nurçu müəllim" olub. 19 yaşlı şəxs mənzildə nurçuluqla bağlı xüsusi təlimlər keçirmiş. Bina sakinlərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva prospekti, 75, mənzil 78 ünvanında əməliyyat tədbirləri keçirib və 5 nəfər saxlanılıb.
Əməliyyat keçirilən mənzilin 19 yaşlı müəllim tərəfindən kirayə götürüldüyü bildirilir. Hazırda faktla bağlı tədqiqat aparılır.