Malidə hoteldə saxlanılan bütün girovlar azad edilib
- 21.11.2015, 10:25,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Malinin paytaxtı Bamakoda hoteldə saxlanılan girovların azad edilməsi əməliyyatı başa çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Radisson” hotelində saxlanılan bütün girovlar azad edilib.
Hadisə nəticəsində 19 nəfər ölüb, 7 nəfərin yaralandığı bildirilir.
Azad olunanlar arasında 45 Mali vətəndaşı, həmçinin Fransa, Belçika, Əlcəzair, Mərakeş daxil olmaqla 14 ölkənin vətəndaşı var. Girovların bir hissəsi hadisə yerindən qaça bilib.
Hotelə hücumda iştirak edən 3 terrorçu məhv edilib.
Hücuma görə "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı" və “Əl-Murabitun” qruplaşması məsuliyyəti öz üzərilərinə götürüb.
Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılıb.