Parisdə terror aktları nəticəsində xəsarət almış 90 nəfər reanimasiyadadır

Fransanın paytaxtı Parisdə terror aktları nəticəsində yaralananlardan 90 nəfər hələ də reanimasiyadadır.

APA-nın məlumatına görə, bu barədə BBC-yə Parisdəki tibb mənbələri bildiriblər.

“90 nəfər hələ də intensiv terapiya şöbələrində qalmaqdadır”, həkimlərdən biri deyib.

Xatırladaq ki, noyabrın 13-də Parisdə seriya terror aktları törədilib. Son məlumatlara görə, nəticədə 130 nəfər ölüb, 350 nəfər yaralanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri