Əfqanıstanda terrorçuların hücumu nəticəsində 6 gürcü hərbçisi həlak olub

Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentinin (ISAF) tərkibində xidmət çəkən 6 hərbçi terrorçuların hücumu nəticəsində həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Silahlı Qüvvələrin birləşmiş qərargahının rəisi polkovnik İrakli Dzneladze bəyan edib.

“Hilmənd əyalətində terrorçuların hücumu baş verib. Terrorçu-kamikadze bizim bazada partladıcı quraşdırılmış yük maşınını işə salıb. Nəticədə qurbanlar var – 6 hərbçi həlak olub”, deyə İrakli Dzneladze qeyd edib. O əlavə edib ki, partlayış nəticəsində 9 hərbçi yaralanıb.

Gürcüstan ISAF tərkibində sülhməramlı missiyasını 2009-cu ilin avqustundan həyata keçirir. O zamandan Əfqanıstanda 25 gürcü hərbçisi həlak olub. Əfqanıstanda 1545 gürcü hərbçisi xidmət çəkir.
Şərhlər
Dünya bölməsinin xəbərləri