Daha bir ölkəyə çox ciddi terror xəbərdarlığı
- 22.11.2015, 22:29,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Belçikanın daxili işlər naziri Brüsselin qərbində mərakeşlilərin yaşadığı Molenbeek bölgəsini ev-ev yoxlamaq istəyir. Bu ərazi cihadçılar üçün əlverişli məkandır - kasıblıq, sosial ayrı-seçkilik, işsizlik və zəif siyasi idarəçilik buranı xarakterizə edir.
Turistlər Belçikanın paytaxtı Brüsseldə terror xəbərdarlığı verilməsinə baxmayaraq şəhərin əsas meydanını, Grote Marktı ziyarət edir, BBC müxbiri James Reynolds müşahidə edib.
Şənbə günü Belçika paytaxtı Parisdəki hücumlardan təsirlənərək Brüsseldə "çox ciddi" və ya "qaçılmaz" terror xəbərdarlığı verilib.
Bu səbəbdən bazar gününə qədər metro bağlanıb, eləcə də əhaliyə insanların çox olduğu yerlərdən - alış-veriş mərkəzləri və konsertlərdən uzaq gəzmək məsləhəti verilib. Ölkədə kütləvi tədbirlər, o cümlədən futbol yarışları ləğv edilb.
Şəhərdə bütün ticarət mərkəzləri bağlı olsa da, Woluwe TM-də təxliyə işləri aparılır, Belçika mediası yazır.
Turistlər Brüsseldə terror xəbərdarlığı verilməsinə baxmayaraq şəhərin əsas meydanını, Grote Marktı ziyarət edir
Belçikanın Baş Naziri deyib ki, terror xəbərdarlığı "Paris hücumun oxşarının baş verəcəyi barədə dəqiq məlumata" əsaslanır, BBC müxbiri Gavin Lee deyir.
Belçikanın başqa əraziləri üçün xəbərdarlıq səviyyəsi bir qədər azdır - "nisbətən ciddi". Ötən cümə Parisdə 129 nəfərin ölümü ilə nəticələnmiş hücumları təşkil etməkdə şübhəli bilinənlər Brüsseldə yaşayıb.
Onlardan birinin, Salah Abdeslamin Belçikaya geri döndüyü güman edilir. Türkiyə polisi bildirib ki, onlar Mərakeş əsilli Belçika vətəndaşını saxlayıblar, media deyir.
Fövqəladə vəziyyətin həyat axışına müdaxiləsi
Le Soir qəzeti Brüsseldə məşhur La Librairie Filigranes kitab mağazasının rəhbəri Mark Filipson ilə müsahibə edib.
Həftənin hər günü səhər 7-dən axşam 7-ə qədər fəaliyyət göstərən bu mağaza bu gün bağlıdır. O, Brüssel meri Marc Yvan Mayeurin məsləhəti ilə dükanı bugünlük bağlamaq qərarını verib.
"Əslində, mən potensial hücumun dəyərlərimizi pozduğu üçün ağlayıram," o deyib.
Brüssel küçələrində hərbi maşınlar və qoşun hissələrini görmək olar
Brüsselin Etterbeek qəsəbəsində idman mərkəzi və üzgüçülük hovuzunun yerləşdiyi binadakı insanlar təxliyə edilib, BBC Monitorinq Le Soir qəzetinə istinadən yazır.
İŞİD-in yeni taktikası
London İqtisadiyyat Məktəbinin professoru Fawaz Gerges BBC-ə deyib ki, İŞİD yeni taktika tətbiq edir. "İslam Dövləti qruplaşmasında dəyişiklik hiss edirik. İŞİD indi Suriya və İraqdan uzaqlaşaraq xarici və Avropanın ürəyini hədəfə alır."
Belçika höküməti indiyə qədər hücumlara görə məsuliyyəti üzərinə götürən İslam Dövləti qruplaşması ilə əlaqəsi olmuş 3 nəfəri həbs edib. Təhqiqatçılar cümə günü saxlanılanlardan birinin evindən silah tapıblar. Silah barədə əlavə məlumat verilmir, Belçika prokurorluğu bildirib.