Bakıda kanalizasiyadan 50-yə yaxın uşaq cəsədi çıxarılıb

Ömrünün 54 ilini kanalizasiya quyularının təmirində işləyərək keçirən Alı Aşırov başına gələnləri danışıb.

A.Aşırov "Xəzər-xəbər"ə müsahibəsində deyib ki, ömrünün 50 ildən çoxunu eyni işdə işləyib. 77 yaşlı müsahib paytaxtın Nərimanov rayonunda kanalizasiya quyularının təmiri ilə məşğuldur.

Onun sözlərinə görə, iş prosesi zamanı kanalizasiyalarda zir-zibillə yanaşı, uşaq cəsədlərinə də rast gəlib.

O, indiyə kimi kanalizasiya quyularına atılan 50-yə yaxın uşaq cəsədi çıxardığını bildirib.
Şərhlər
Sosial bölməsinin xəbərləri