Rusiya qırıcıları Azərbaycan səmasında

Rusiyanın İŞİD-ə qarşı apardığı hərbi əməliyyat çərçivəsində bu ölkəyə məxsus qırıcılar Azərbaycan üzərindən uçur.

ANS-in məlumatına görə, bu haqda Rusiyanın Birinci kanalının həftəlik "Voskresnoe vremya" verilişində nümayiş olunan sujetdə deyilir. Məlumata görə əməliyyatlarda TU 22M-3 hərbi qırıcıları istifadə olunur.

"TU 22M-3 Mozdokda havaya qalxıb. Türkiyədən yan keçərək Azərbaycan, İran və İraq üzərindən uçaraq Suriyanı bombalayıblar. Strateji aviasiya isə Engelsdəki aerodromdan havaya qalxıb", - süjetdə belə deyilir. Birinci kanalın müxbiri həmçinin qeyd edir ki, TU-160 və TU 95qırıcıları əvvəlcə Qazaxıstan daha sonra Xəzər dənizi üzərindən uçuş həyata keçiriblər. Qanadlı raketlərin buraxılışı isə İran ərazisi üzərindən həyata keçirilib.

TU 22M-3-ün maksimal sürəti saatda 270 km-ə çatır. Raketdaşıyıcı 24 ton silah sursat daşımaq imkanına malikdir.

"İntiqam" adı altında keçirilən hərbi əməliyyat Rusiyaya məxsus təyyarənin İŞİD tərəfindən vurulması faktı öz təstiqini tapdıqdan sonra başlayıb.

Bu Rusiya hərbi hava qüvvələrinin Azərbaycan üzərindən İŞİD-in Suriyadaki mövgelərini bombaladığı haqda ilk məlumat deyil.

Azərbaycan tərəfi isə ölkənin hava məkanından hərbi məqsədlərlə istifadəsinə dair hələlik heç bir rəsmi açıqlama verməyib.

Noyabrın 21-i Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə növbəti dəfə Xəzər dənizindən raket zərbələri endirib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib. Nazir prezidentə məruzəsində Xəzər dəniz donanmasından atılan bütün 18 raketin terrorçuların hədəflərinə düşdüyünü qeyd edib. Bunun nəticəsində İŞİD terrorçu qruplaşmasının xeyli sayda canlı qüvvəsi ilə yanaşı hərbi texnikası məhv edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri