Putin: "2040-cı ilədək dünyada qaza olan tələbat 32 faiz artacaq"
- 23.11.2015, 21:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“2040-cı ilədək dünyada qaza olan tələbatın 32 faiz artacağı proqnozlaşdırılır”.
APA-nın verdiyi məlumata görə, bunu Tehranda Qaz İxrac edən ölkələrin III Sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
"Qaz iqtisadi cəhətdən daha sərfəli və ekoloji yanacaq növüdür. Dünyada qaza olan tələbat artır. Proqnozlara görə, 2040-cı ilədək qlobal tələbat təxminən 5 trilyon kubmetr artacaq", - deyə o bildirib.
Rusiya prezidenti qeyd edib ki, 2014-cü ildə müvafiq göstərici 3,7 trilyon kubmetr olub: "Bu, qaz istehsalını və ixracını möhkəmləndirmək üçün böyük imkanlar açır, eyni zamanda ciddi çağırışlara yol açır. Ona görə də, yeni qaz yataqlarının kardinal şəkildə işlənilməsi, qaz nəqli infrastrukturunun genişləndirilməsi, əlavə kəmərlərin tikintisi, şaxəli qaz təchizatı marşrutlarının yaradılması lazım olacaq".