Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçilib

Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədrinin seçkisi olub.

APA-nın məlumatına görə, parlament sədrliyinə Oqtay Əsədovun namizədliyi verilib. Onun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

O. Əsədov gizli səsvermə ilə yenidən MM-in sədri seçilib. Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verib.

O. Əsədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri