Suriyada Rusiya helikopterinin vurulduğu haqda xəbər yayılıb

Türkiyə tərəfindən vurulan "Su-24" təyyarəsi ilə bağlı hadisədən sonra bu gün Suriyada Rusiyaya məxsus bir helikopterin də vurulduğu bildirilir. APA-nın məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Xəbərdə bildirilir ki, helikopter suriyalı üsyançı qruplar tərəfindən ABŞ istehsalı olan "Tow" raketi ilə vurulub. Xəsarət alan helikopterin Lazkiye (Latakiya) yaxınlığında Əsəd qüvvələrinin nəzarətindəki əraziyə məcburi eniş etdiyi bildirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri