Azərbaycanlı müğənni yenə hamilədir

Müğənni Elnarə Xəlilova dördüncü hamiləliyini yaşayır.

Buna ürəkdən sevinən Elnarə hazırda özünü çox xoşbəxt hiss etdiyini etiraf edib:

"Hazırda bütün dünyanı, bəşəriyyəti sevirəm. O qədər xoşbəxtəm ki... Bu paya görə Allahıma min şükr edirəm. Allah bütün hamilə qadınları, bütün balaları qorusun. Əslində istərdim ki, qız övladım dünyaya gəlsin. Hər zaman arzulamışam ki, iki oğlum, iki qızım olsun. Amma yenə də Allahın verdiyinə şükür. İstər qız, istər oğlan olsun, fərq etmir. Əsas odur ki, sağlam dünyaya gəlsin, xoşbəxt, ata-analı böyüsün, vətəninə, xalqına layiqli övlad olsun".

Xatırladaq ki, Elnarə telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burla Xatun, Tuğər Harun və Öndər Xaqan adlı üç övladları var.



lent.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri