Ərdoğan Putinin üzr istəmək tələbini rədd edib
- 26.11.2015, 19:04,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin "Su24" hərbi təyyarəsinin vurulması ilə bağlı Türkiyədən üzrxahlıq gözləməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, "CNN İnternaqtional"a müsahibə verən R. T. Ərdoğan üzr istəməyəcəklərini bəyan edib: "Üzr istəməsi lazım olan tərəf varsa, o da sərhədimizi pozanlardır".
Xatırladaq ki, V. Putin Türkiyədən hadisə ilə əlaqədar üzr istəməsini, Rusiyaya dəyən zərəri ödəməsini və bu hadisəni törədən "cinayətkarlar"ın cəzalandırılmasını tələb edib.