Azərbaycan “Rossiya 24” telekanalına etiraz edib

“Rossiya 24” dövlət televiziya kanalında 26 noyabr 2015-ci il tarixində efirə getmiş “Türk diş qıcaması: nəyə görə “Boz qurdlar” rusiyalı pilotu öldürdülər?” (“Turetskiy oskal: poçemu "Serıe volki" ubili rossiyskoqo pilota”) adlı verilişdə düzgün olmayan və uydurma məlumat əsasında Azərbaycanın adı hallandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi formada törətdiyi hərbi və insanlıq əleyhinə cinayət əməlləri təhrif edilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, tamamilə yanlış və qeyri-obyektiv məlumat əsasında Azərbaycanın adının hallandığı bu verilişi hazırlayanlar dost və qonşu ölkələr olan Azərbaycanla Rusiya arasındakı əlaqələrə xələl gətirmək məqsədi güdürlər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri