Hacıqabulda ər arvadını qətlə yetirib, daha sonra özünü güllələyib
- 27.11.2015, 12:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hacıqabul rayonunda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb.
Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızına ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirib.
Bundan sonra Ə. Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.