Leonid İvaşov: "Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Türkiyə müdaxilə edərsə, Rusiya dərhal məsələyə qarışmağa borcludur"
- 27.11.2015, 23:30,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əhməd Davutoğlunun ölkəsinin Azərbaycanla birlikdə Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdır bəyanatı Rusiyada narahatçılığa səbəb olub
Türkiyə baş naziri Əhməd Davutoğlunun ölkəsinin Azərbaycanla birlikdə Ermənistan işğalı altında olan Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdır bəyanatı Rusiyanın hərbi-siyasi ekspertlərinin narahatçılığına səbəb olub.
APA-nın verdiyi məlumata görə, bu gün Rusiyanın TASS agentliyində keçirilən "Rusiya və Türkiyə: böhranın qarşısını almağın yolları" adlı tədbirdə Geosiyasi Porblemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov Türkiyənin Dağlıq Qarabağ probleminin həllinə qarışmağa ixtiyarının olmadığını söyləyib: "Türkiyə tərəfinin Rusiya təyyarəsi vurulandan sonra üzr istəməməsi, üstəlik də Dağlıq Qarabağ münaqişəsi ilə bəyanatları hansısa təxribatın olduğundan xəbər verir. ABŞ-la Türkiyənin əlaqələrini, ABŞ-ın bu ölkənin rəhbərliyinə təsir gücünü nəzərə alaraq, hesab edirəm ki, Türkiyə rəhbərliyi özbaşına iş görmür".
Rusiya prezidenti Vladimir Putinin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan Rusiyanın mühüm tərəfdaşıdır, iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycan bütün beynəlxalq arenalarda Rusiyanı dəstəkləyir. Hansı əsasla rusiyalı hərbi-siyasi ekspert, ehtiyatda olan general-polkovnik Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin müdaxilə etmək ixtiyarı olmadığını hesab edir və işğalçı ölkə Ermənistanı dəstəkləyir? Rusiya KTMT üzvü kimi Ermənistanın ərazisinə qorumağa borcludur. Dağlıq Qarabağ ki, Ermənistan ərazisi deyil.... Bu suala ehtiyatda olan general-polkovnik belə cavab verib: "Rusiya Dağlıq Qarabağda müharibənin başlanmasının əleyhinədir. Nəyinki, Dağlıq Qarabağda, ümumiyyətlə Cənubi Qafqazda müharibənin başlanmasını Moskva istəmir. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın siyasəti ondan ibarətdir ki, bu problem siyasi danışıqlar, sülh yolu ilə həll olunmalıdır. Rusiya əlindən gələni edir və bundan sonra da edəcək ki, tərəflər arasında danışıqlar prosesi davam etsin. Müharibəyə yol vermək olmaz. Bu, birinci məqamdır. İkinci məqam isə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmamasıdır. Vaxtı ilə olub, sonra isə çıxıb. Ermənistan isə Rusiyanın müttəfiqidir. Bu nöqteyi-nəzərdən Türkiyə baş nazirinin və silahlı qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək ixtiyarı yoxdur. Əgər Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Türkiyə müdaxilə edərsə, Rusiya dərhal məsələyə qarışmağa borcludur. Çünki Ermənistan Türkiyə ilə quru sərhədə malikdir. Rusiya ayrı cür addım ata da bilməz, o zaman KTMT deyilən bir ittifaqın bir mənası qalmaz. Biz müharibənin əleyhinəyik. Rusiya-Azərbaycanla yüksək səviyyədə əlaqələrə malikdir. Hərbi sahədə də əlaqələr inkişaf edir. Rusiya Azərbaycana silah satır. Lakin Ermənistana da müdafiə sistemləri göndərir. Çünki qüvvələr balansını qorumaq lazımdır. Qüvvələr balansı pozulanda müharibə təhlükəsi artır. Ona görə də Rusiya, Azərbaycan və Ermənistan arasında olan qüvvələr balansını qoruyur".