Nardaran qəsəbəsində telefon və su problemi yaranması ilə bağlı məsələyə aydınlıq gətirilib

Nardaran qəsəbəsində telefon və su problemi yaranması ilə bağlı məsələyə aydınlıq gətirilib Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.

Bunu APA-ya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib.
Şərhlər
Sosial bölməsinin xəbərləri