Türkiyə XİN vətəndaşlarını Rusiyaya səfərlərini təxirə salmağa çağırıb

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə XİN bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra Rusiyaya gedən Türkiyə vətəndaşlarına çətinlik yaradılır: “Rusiyaya gedən və ya orada yaşayan Türkiyə vətəndaşları çətinliklə üzləşirlər. Bu durum aydınlaşana qədər vətəndaşlarımızın bu ölkəyə təcili olmayan səfərlərini təxirə salmaları tövsiyə edilib”.
Şərhlər
Dünya bölməsinin xəbərləri