Prezident İlham Əliyev: “Belarusla əməkdaşlığın bütün istiqamətlərində müsbət dinamika görürük”

Prezident İlham Əliyev: “Belarusla əməkdaşlığın bütün istiqamətlərində müsbət dinamika görürük” Azərbaycan Belarusla bütün istiqamətlərdəki əməkdaşlıqda müsbət dinamika görür.

APA-nın "belta.by" saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. “Bizim Belarusla əməkdaşlığımızda heç bir məhdudiyyət yoxdur. Bütün istiqamətlərdə çox müsbət dinamika və nəticələr görürük”, - deyə o, söyləyib..

Dövlət başçısı qeyd edib ki, yüksək iqtisadi inkişaf yolunda olan Belarusda sosial rifahın təmin olunması ilə bağlı məsələlər fəal şəkildə həll edilir: “İndi heç bir dövlət üçün asan zəmanə deyil, lakin buna baxmayaraq, Belarus inkişafda müsbət dinamikanı saxlayır və ölkədə ictimai-siyasi stabilliyi təmin edir. Belarus iqtisadi böhran meyllərinə ən az məruz qalan dövlətlərdəndir”.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından Belarusa yeni nailiyyətlər arzulayıb və gələn il Aleksandr Lukaşenkonu Bakıda qəbul etməkdən məmnun olacağını söyləyib: "Hər səfər münasibətlərimizin strateji xarakterinin daha bir nümunəsidir. Biz dost kimi sizin uğurlarınıza həmişə sevinəcəyik".
Şərhlər
Siyasət bölməsinin xəbərləri